Rüstəm Orucov çəkisini dəyişmək niyyətində deyil

  Bölmə: Cüdo | 104 | 23:38 11-05-2019
Rüstəm Orucov çəkisini dəyişmək niyyətində deyil

  Yarımfinala qədər maneəsiz irəliləsəm də, öz idmançımıza məğlub oldum. O da qalib adını qazandı. Öz idmançılarımızla güləşə bilmirəm. Döyüş istədiyim kimi alınmır. Əsas odur ki, medalsız qalmadım. OLİMPSPORT xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" beynəlxalq turnirində bürünc medal qazanan Rüstəm Orucov (73 kq) deyib. Cüdo üzrə ötən Olimpiya oyunlarının mükafatçısı qeyd edib ki, hazırlığını davam etdirəcək: "Bu il Tokio Yay Olimpiya Oyunlarına əsas hazırlıq illərindən biridir. Hazırlığımı davam etdirib yeni nailiyyətlər qazanmağa çalışacağam. Qarşıda bizi ikinci Avropa Oyunları gözləyir. Məqsədim bu oyunlarda qalib olmaqdır". İdmançı onu da qeyd edib ki, çəkisini dəyişmək niyyəti yoxdur.


Digər xəbərlər