Hidayət Heydərov: "Rüstəm öz idmançılarımıza qarşı istədiyi kimi güləşə bilmir "

  Bölmə: Cüdo | 433 | 23:46 11-05-2019
Hidayət Heydərov: "Rüstəm öz idmançılarımıza qarşı istədiyi kimi güləşə bilmir "

  Yarışa ciddi hazırlaşmışdım, yaxşı formada idim. İlk dəfə belə böyük yarışda parlaq qələbəyə imza atdım. Bu böyük qələbəyə Bakıda nail olduğum üçün çox sevinirəm.OLİMPSPORT xəbər verir ki, bunu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycan idmançısı Hidayət Heydərov deyib. Cüdoçumuz qeyd edib ki, qızıl medal uğrunda həlledici döyüşdə rəqibi olan İsrail idmançısına qalib gələcəyinə əmin idi: “Elə bu əminlik israilli Tohar Butbulla sona qədər inamla mübarizə aparmağıma kömək etdi”. O, Olimpiya mükafatçımız Rüstəm Orucovla yarımfinal mərhələsində döyüşü barədə də danışıb: “Biz komanda yoldaşıyıq və gözəl dostluq münasibətlərimiz var. Şübhəsiz, yarışda rəqibik və qələbə barədə düşünməliyik. Rüstəm öz idmançılarımıza qarşı istədiyi kimi güləşə bilmir. Amma mən tatamidə heç kimə güzəştə getmirəm".

AZƏRTAC


Digər xəbərlər