Millimiz "Böyük Dəbilqə" beynəlxalq turnirində sonuncu gün daha iki medal qazandı

  Bölmə: Cüdo | 727 | 19:04 12-05-2019
Millimiz "Böyük Dəbilqə" beynəlxalq turnirində sonuncu gün daha iki medal qazandı

   Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" beynəlxalq turnirinin son günündə daha iki cüdoçumuz medal qazanıb. OLİMPSPORT xəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) finalda serbiyalı Nemanja Majdova məğlub olaraq gümüş medalla kifayətlənib. Digər idmançımız Zelim Kotsoyev (100 kq) isə bürünc medal uğrunda mübarizədə monqolustanlı Ottonbator Lxaqvasurenə qalib gəlib. Bununla da komandamızın Bakı turnirində qazandığı medalların sayı 6-ya çatıb. Turnirdə 57 ölkədən 450-yə yaxın cüdoçu mübarizə aparır. Millimiz turnirə 43 idmançı (28 oğlan, 15 qız) ilə qatılıb.


Digər xəbərlər