Millimiz "Böyük dəbilqə" beynəlxalq turnirində sonuncu gün 3 medal qazanıb

  Bölmə: Cüdo | 679 | 19:09 12-05-2019
Millimiz "Böyük dəbilqə" beynəlxalq turnirində sonuncu gün 3 medal qazanıb

   Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" beynəlxalq turnirinin son günündə cüdoçularımız 3 medal qazanıblar. OLİMPSPORT  xəbər verir ki, komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) finalda serbiyalı Nemanja Majdova məğlub olaraq gümüş medalla kifayətlənib. Digər idmançımız Zelim Kotsoyev (100 kq) isə bürünc medal uğrunda rəqibi monqolustanlı Ottonbator Lxaqvasurenə qalib gəlib. Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) üçüncü yer uğrunda belaruslu Marina Slutska ilə döyüşdə qələbə qazanıb. Bununla da komandamızın turnirdə qazandığı medalların sayı 7-yə (1 qızıl, 2 gümüş, 4 bürünc) çatıb. Turnirdə 57 ölkədən 450-yə yaxın cüdoçu mübarizə aparıb. Millimiz turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunub.


Digər xəbərlər