Avropa Liqasının finalının Bakıda keçirilməsini həzm edə bilməyən qüvvələr ölkəmizə qarşı çirkin kompaniyalar aparır

  Bölmə: Maqazin | 49 | 11:04 13-05-2019
Avropa Liqasının finalının Bakıda keçirilməsini həzm edə bilməyən qüvvələr ölkəmizə qarşı çirkin kompaniyalar aparır

  Artıq bir müddətdir ki, qərbdəki ənənəvi Anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Hər dəfə Azərbaycan hansısa bir mötəbər tədbirə ev sahibliyi edəndə aktivləşən bu qüvvəllər indi də Bakıda keçiriləcə Uefa Avropa Liqasının finalını fürsət biliblər. Tamamıilə qərəzli və əsassız arqumentlərlə çıxış edən bu qüvvələr oyunun Bakıda keçirilməsinin qarşısı almaq istəyirlər. İngiltərənin Çelsi və Arsenal klubları arasında mayın 29-da keçiriləcək Avroliqanın final oyunu ərəfəsində Azərbaycana qarşı növbəti qarayaxma kampaniyaları başlayıb. Bir sıra qurumlar ölkəmizdə belə final oyununun keçirilməsini düzgün olmadığını iddia edirlər. Onların gətirdikləri arqumentlər isə məntiqsiz və qərəzlidir. Maraqlısı budur ki, bu iddialara Böyük Britaniya xarici işlər nazirliyi də qoşulub. Belə ki, guya Azərbaycanın təhlükəli ölkə olması təssüüratını yaratmaq üçün Böyük Britaniya xarici işlər nazirliyi azarkeşlərə ehtiyyatlı və diqqətli olmağı tövsiyyə edib. Təbii ki, bu açıqlama hamı kimi Azərbaycan Xarici İşlər Nazirliyi üçün də anlaşılan deyil. XİN açıqlamasında Azərbaycanı dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri olduğu müxtəlif nümunələrlə əsaslandırılıb. Xatırlatmaq yerinə düşər ki, finalçılardan biri olan İngiltərənin Çelsi komandası ötən mövsüm Qarabağla oyun keçirmək üçün Bakıya səfər etmişdi. Həmin vaxt keçirilən oyunda təhlükəsilik baxımından heç bir xoşagəlməz hal yaşanmamışdı. Bəs Böyük Britaniyanın Xarici İşlər Nazirliyi nəyin əsasında öz vətəndaşlarını belə tövsiyyələr verir. Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, bu tipli yanaşmalar artıq ənənəvi xarakter alıb. Mötəbər tədbirlər ərəfəsində Azərbaycana qarşı belə mövqe sərgilənir. Deputatın sözlərinə görə narahatçılığa heç bir əsas yoxdur. Azərbaycan avropanın ən sabit, təhlükəsiz ölkələrindən biridir. Sadəcə belə informasiyalar yaymaqla təşkil ediləcək önəmli oyuna kölgə salmaq hədəflənir. Qarayaxma kampaniyasının müəlliflərinin digər bir iddiası isə güya Azərbaycana viza almağın çox çətin bir proses olmasıdır. Yəqin onların qərəz və böhtan gözlərini o qədər örtüb ki, Azərbaycanda ASAN elektron viza sisteminin mövcudluğunu görmürlər. Halbuki ASAN vizanın tətbiq edildiyi ölkələr sırasında Böyük Britaniya da var və bu ölkənin vətəndaşları cəmi üç gün ərzində elektron qaydada viza ala bilərlər. Millət vəkili Aydın Mirzəzadə qeyd edir ki, belə qərəzli informasiyaların yayılmasında ölkə daxilində fəaliyyət göstərən müəyyən qrupların da rolu var. Daxili və xarici anti milli qüvvələrin birgə fəaliyyətini biz Avroviziya və ilk Avropa Oyunları ərəfəsində də görmüşdük. İnsan hüqüqu və azadlıqlarının pozulması ilə bağlı absurd və müccərrəd ittihamların səslədirildiyi həmin ssenari yenə təkralanır. Özü də eyni aktyorların ifasında. Ən gülməli və absurd iddialar isə güya Bakının çox bahalı bir şəhər olması ilə bağlıdır. Maraqlısı budur ki, bu iddialar dünyanın ən bahalı şəhərlərindən biri olan Londondan səsləndirilir. Qərəzli məlumatlardan biri də Arsenal komandasının erməni futbolçusunun Azərbaycana gəlməsinin əngəllənməsi ilə bağlıdır. AFFA-nın məşqçilər komitəsinin üzvü, tanınmış futbol müxtəsisisi Şahin Diniyev bu yanaşmanın da doğru olmadığını bildirir. Bu iddianı səsləndirənlər görünür ilk Avropa Oyunlarında yaşananları unutub. Yaxud xatırlamaq işlərinə yaramır. Gənclər və İdman Nazirliyi İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıdakı final matçında iştirakına Azərbaycanin təhlükəsizlik təminati vermədiyinə dair iddiaları rəsmi şəkildə təkzib edib. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, deyilənlər heç bir realliğa sığmır. ölkəmizdə keçirilmiş mühüm yarışlarin hər birində olduğu kimi, dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminati ilə bağli məktub göndərib. Azərbaycan əleyhinə aparılan bu kampaniyanın nə qədər çürük və boş arqumentlər üzərində qurulduğu göz qabağındadır. Azərbaycan Avropa Liqasının final oyunundan qat-qat böyük və əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Yenə də nəticə eyni olacaq. Həmin anti-Azərbaycan dairlərini narahat edən də elə budur. Çünki Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni mərkəzə çevrilib. Bu tip tədbirlər isə Azərbaycan reallıqlarını dünyaya olduğu kimi təqdim edir. Onların istədikləri kimi yox. Qeyd edək ki , bu barədə "Xəzər" tv kanalı geniş icmalda sujet yayımlayıb.


Digər xəbərlər