"Arsenal" la "Çelsi" klublarının və UEFA nümayəndələrinin Bakıya səfəri başlayıb

  Bölmə: Xarici futbol | 150 | 16:28 13-05-2019
"Arsenal" la "Çelsi" klublarının və UEFA nümayəndələrinin Bakıya səfəri başlayıb

  UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı matçının iştirakçıları - “Arsenal” və “Çelsi” klublarının, eləcə də UEFA nümayəndələrinin Bakıya səfəri başlayıb. OLİMPSPORT xəbər verir ki,AFFA-dan AZƏRTAC-a bildiriblər ki, mayın 15-dək davam edəcək səfər proqramında 20-yə yaxın nümayəndə Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların üzvlərinin məskunlaşacaqları otellərlə tanış olacaqlar. Səfər çərçivəsində final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.


Digər xəbərlər