Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalını idarə edəcək hakim məlumdur

  Bölmə: Xarici futbol | 352 | 17:05 13-05-2019
Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalını idarə edəcək hakim məlumdur

  UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 13-də Bakıda keçiriləcək final matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək. OLİMPSPORT UEFA-nın saytına istinadla xəbər verir ki, mayın 29-da “Arsenal” – “Çelsi” görüşünün idarə olunması Canluka Rokkiyə tapşırılıb. Ona Fillipo Meli və Lorenzo Manqanelli kömək edəcəklər. Dördüncü hakim funsiyasını Daniel Orsato yerinə yetirəcək. Final görüşündə videonəzarət sistemində (VAR) çalışacaq heyətin rəhbəri Massimiliano İrrati olacaq. Ona Marko Quida, Şimon Marçiniak və Pavel Sokolnitski kömək edəcəklər. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.

RAMİN ALLAHVERDİYEV


Digər xəbərlər