Nazim Süleymanov futbol ailəsini yeni yaranmış təşkilatla əməkdaşlığa dəvət edir-MÜSAHİBƏ

  Bölmə: Maqazin | 125 | 04:40 14-05-2019
Nazim Süleymanov futbol ailəsini yeni yaranmış təşkilatla əməkdaşlığa dəvət edir-MÜSAHİBƏ

  Azərbaycanın futbol təsərrüfatında Həmkarlar İttifaqının fəaliyyəti olmayıb. Bu boşluq isə zaman-zaman müəyyən problemlər yaradıb. Ancaq deyəsən, Azərbaycan futbolunda da bu boşluğun aradan qaldırılmasına start verilib. Bir qrup futbol veteranının Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını təsis etdiyi barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, təsis yığıncağı keçirən veteranlar Azərbaycan futbolunun məşhur siması Nazim Süleymanovu sədr seçiblər. Məsələ ilə bağlı Nazim Süleymanovla söhbətləşdik. Veteran futbolçu "Kaspi” qəzetinə verdiyi müsahibədə təşkilatın yaranmasını zəruri edən amillər və gələcək planlar barədə danışdı.

- Nazim müəllim, eşitdiyimizə görə yeni bir qurum yaranır. Bu məlumat nə dərəcədə doğrudur?

- Bəli, doğrudur. Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını təsis etmişik. Ancaq Həmkarlar İttifaqının mövcudluğu üçün Azərbaycan Respublikasının Qanunvericiliyində hüquqi baza olduğu halda, Azərbaycanın futbol qurumlarında, ictimaiyyətində Həmkarlar Təşkilatının fəaliyyəti yoxdur. Ona görə də bir qrup futbol xadiminin təşəbbüsü ilə Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını təsis etdik. Təşəbbüs qrupu bəndənizi qrupun rəhbəri seçdi.

- Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı (AFİAHİ) hansı zərurətdən yarandı?

- Əvvəlcə xatırladım ki, SSRİ dövründə bütün idarə, müəssisə, təşkilatlarda çalışan insanların hamısını kütləvi şəkildə Həmkarlar Təşkilatına üzv qəbul edərdilər. Üzv qəbul edildiyi vaxtdan etibarən onların aylıq əmək haqqından təşkilata üzvlük haqqı tutulardı. Bu təşkilat, üzvlərinin əmək və sosial hüquqlarını müdafiə edən yeganə ictimai təşkilatdır. SSRİ dağıldıqdan sonra bu sahədə xeyli boşluqlar yarandı. Yeni adda, formatda həmkarlar təşkilatının yaranması üçün zərurət yarandı. 24 fevral 1994-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda Həmkarlar Təşkilatının (HT) yaranması və fəaliyyəti üçün hüquqi baza olaraq Azərbaycan Respublikasının Həmkarlar İttifaqı haqqında qanun imzaladı. Qanunun 1-ci maddəsində deyilir: Həmkarlar İttifaqı istehsal və qeyri-istehsal sahəsində çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelrinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Qanunun 3-cü maddəsində uyğun olaraq, işçilər, pensiyaçılar heç bir fərq qoymadan, öz istəkləri ilə qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqı yaratmaq, öz qanuni mənafelərini əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün Həmkarlar İttifaqına daxil olub həmkarlar ittifaqında fəaliyyət göstərməsi hüququna malikdirlər. Qanunun 1-ci maddəsinə uyğun olaraq, ən azı 7 nəfərin Həmkarlar İttifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. Müəssisə, idarə rəhbərləri isə Həmkarlar İttifaqının fəaliyyətinə məhdudiyyət yox, şərait yaratmaqdır. Çünki Həmkarlar İttifaqının fəaliyyəti işçinin haqq və hüquqlarını müdafiə edən yeganə təşkilatdır. Hesab edirəm ki, Azərbaycanın futbol təsərrüfatında da bu sahədə kifayət qədər çatışmazlıqlar olduğuna görə, Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını yaratmaq zəruri idi.

- Bu günə qədər futbol təsərrüfatında belə bir qurum mövcud deyildi?


Digər xəbərlər