Güləş yığmamız Göygöldə təlim-məşq toplanışına başladı

  Bölmə: Güləş | 426 | 15:16 15-05-2019
Güləş yığmamız Göygöldə təlim-məşq toplanışına başladı

   Sərbəst güləş üzrə yığmamız bu gün növbəti təlim-məşq toplanışına başlayıb. Göygöl Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesi mayın 30-dək davam edəcək. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında toplanışda Mahir Əmiraslanov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev, Toğrul Əsgərov (hər ikisi 74 kq), Abubakr Abakarov (79 kq), Cəbrayıl Həsənov, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Seyid Məhəmmədrza Azərşakib və Camaləddin Məhəmmədov (hər ikisi 125 kq) yer alıb. Qeyd edək ki, 25-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında fiziki hazırlıq prioritet təşkil edəcək.


Digər xəbərlər