İtaliya kubokunun da sahibi məlumdur

  Bölmə: Xarici futbol | 904 | 04:11 16-05-2019
İtaliya kubokunun da sahibi məlumdur

    “Latsio” klubu yeddinci dəfə İtaliya kubokunu qazanıb. Mayın 15-də İtaliya kuboku uğrunda final qarşılaşmasında “Latsio” klubu “Atalanta” komandası ilə üz-üzə gəlib.  Romadakı “Olimpiya” stadionunda oynanılan görüş paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0. “Latsio”un heyətində Sergey Milinkoviç-Saviç (82) və Xoakin Korrea (90) fərqləniblər. Bu qələbədən sonra “Latsio” tarixində yeddinci dəfə ölkə kubokunun qalibi adını qazanıb. Roma təmsilçisi 1958-ci, 1998-ci, 2000-ci, 2004-cü, 2009-cu və 2013-cü illərdə bu kuboku başı üzərinə qaldırıb. “Atalanta” isə 1963-cü ildəki zəfərindən 56 sonra kuboka sahib olmaq şansını əldən verib.


Digər xəbərlər