Hollandiya çempionu adına da aydınlıq gəlib

  Bölmə: Xarici futbol | 1054 | 09:30 16-05-2019
Hollandiya çempionu adına da aydınlıq gəlib

   Futbol üzrə Hollandiya çempionatına yekun vurulub. Mayın 15-də futbol üzrə Hollandiya çempionatının sonuncu – 34-cü turunun oyunları keçirilib. Çempionluq yolunda başlıca rəqibi “PSV Eyndhoven”in ötən turda məğlub olmasından sonra üç xal önə keçərək böyük bir imkan yaxalayan “Ayaks” sonuncu turda səfərdə “De Qraafşap” komandasını 4:1 hesabı ilə məğlub edərək ölkə çempionatının qalibi olub. Otuz dörd oyunda 28 qələbə və 2 heç-heçə edən amsterdamlılar 86 xal toplayıblar. Sonuncu dəfə 2013-2014-cü il mövsümündə çempion olan “Ayaks” tarixində 34-cü dəfə Hollandiya çempionatının qalibi olub. “PSV Eyndhoven” isə sonuncu matçda doğma meydanda “Herakles” klubunu 3:1 hesabı ilə məğlub edərək 83 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb. Çempionatın yekununda əsas liqanı tərk edən komandalardan biri dəqiqləşib. İyirmi üç xalla sonuncu pillədə qərarlaşan “Breda” gələn mövsüm ikinci liqada mübarizə aparacaq. Çempionatı tərk edən ikinci komanda isə “Exselsior” və “De Qraafşap” klubları arasındakı mübarizədən sonra müəyyənləşəcək. Ölkə çempionatının bombardirlər siyahısına hər birinin aktivində 28 qol olan Luuk de Yonq (PSV Eyndoven) və Duşan Tadiç (Ayaks) başçılıq edirlər.


Digər xəbərlər