"Neftçi" iyunun 10-dan hazırlıq mərhələsinə start verir

  Bölmə: Ölkə futbolu | 207 | 04:09 17-05-2019
"Neftçi" iyunun 10-dan hazırlıq mərhələsinə start verir

  “Neftçi” klubunun 2019-2020-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib. Hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə keçiriləcək. Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandamız qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. Rəqiblər barədə ətraflı məlumat veriləcək.

AZƏRTAC


Digər xəbərlər