UEFA Avropa Liqasının final biletləri üçüncü mərhələdə satışa çıxarılacaq

  Bölmə: Xarici futbol | 210 | 04:17 17-05-2019
UEFA Avropa Liqasının final biletləri üçüncü mərhələdə satışa çıxarılacaq

  Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununa bilet satışının üçüncü mərhələsi yaxın günlərdə həyata keçiriləcək. İlkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılıb. Sonra isə Bakıda müxtəlif satış nöqtələrində biletlərin fərdi satışı təşkil olunub. Satış prosesinin üçüncü mərhələsi üçün ayrılmış biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq və paytaxtımızdakı müxtəlif satış nöqtələrində satılacaq.


Digər xəbərlər