Kulibaliyə 100 milyon avro qiymət qoyuldu

  Bölmə: Xarici futbol | 224 | 04:31 17-05-2019
Kulibaliyə 100 milyon avro qiymət qoyuldu

   Premyer Liqada ilk "4-lük”ə düşə bilməyən və "Çempionlar Liqası”na vəsiqə qazana bilməyən "Mançester Yunayted” transferdə ilk hədəfi müdafiə xəttinə ayırıb. İngiltərə mətbuatının yazdığına görə, "Yunayted”, ” Napoli”nin seneqallı müdafiəçisi Kulibalini transferdə ilk sıraya yazıb. "Napoli” prezidenti Aurelio De Laurentisin Klaio Kulibali üçün ən az 100 milyon avro istədiyi yazılıb. Xatırladaq ki. "Liverpul” Virgil Van Dayk üçün 2017-ci ildə "Soutqempton”a 75 milyon avro ödəyib və bu transfer dünyanın ən bahalı müdafiəçi transferi kimi yadda qalıb. Qeyd edək ki, Klubalinin klubla 2023-cü ilə qədər müqaviləsi var.


Digər xəbərlər