Naxçıvan yenidən Azərbaycan Kubokunun finalına ev sahibliyi edəcək

  Bölmə: Ölkə futbolu | 281 | 12:31 17-05-2019
Naxçıvan yenidən Azərbaycan Kubokunun finalına ev sahibliyi edəcək

   Naxçıvan futbol üzrə Azərbaycan Kubokunun final görüşünə ev sahibliyi edəcək. OLİMPSPORT xəbər verir ki, həlledici qarşılaşmada “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Oyun mayın 19-u, saat 16:30-da başlayacaq. Görüşdən öncə tədbirin bədii hissəsi təşkil olunacaq, Azərbaycanın tanınmış müğənnilərinin ifasında musiqi nömrələri səsləndiriləcək. Muxtar respublikada ənənəvi olaraq keçirilən futbol üzrə “Heydər Əliyev kuboku” turniri də dördüncü dəfə təşkil olunacaq. “Şüvəlan”, MOİK, “Araz-Naxçıvan” və Türkiyənin “Ağrıspor” komandalarının mübarizə aparacağı turnir dairəvi sistem üzrə keçiriləcək. Oyunlara mayın 20-də start veriləcək. İlk oyun günündə saat 11:00-da “Araz-Naxçıvan” MOİK-lə, 17:30-da “Şüvəlan” “Ağrıspor”la qarşılaşacaq. Növbəti gündə də oyunların başlama saatı eyni vaxtda olacaq. Mayın 22-də istirahət edəcək komandalar stadiona ayın 23-də çıxacaqlar. Həmin gün saat 17:00-da turnirin bağlanış mərasimi də keçiriləcək.Qeyd edək ki , keçən il də Azərbaycan Kubokunun finalı Naxçıvanda keçirilmişdi. Həmin qarşılaşmada "Qarabağ" klubu "Qəbələ" üzərində qalib gələrək kuboka yiyələnmişdi. 


Digər xəbərlər