"Yuventus" baş məşqçisiz qaldı

  Bölmə: Xarici futbol | 113 | 16:24 17-05-2019
"Yuventus" baş məşqçisiz qaldı

   İtaliyanın “Yuventus” futbol klubunun baş məşqçisi Massimiliano Alleqri istefaya göndərilib. OLİMPSPORT "Yuventus" klubunun saytına istinadla xəbər verir ki, 51 yaşlı italiyalı mütəxəssisin istefası ilə bağlı klubun Direktorlar Şurasının sədri Andrea Anyelli mayın 18-də mətbuat konfransı keçirəcək. M.Alleqri 2014-cü ildən “Yuventus” klubunu çalışdırır. Onun komandaya rəhbərliyi dövründə ardıcıl beş dəfə İtaliya çempionatının qalibi adını qazanan “Yuventus” dörd dəfə İtaliya kubokunun, iki dəfə isə ölkə superkubokunun qalib olub.


Digər xəbərlər