"Barselona" Antuan Qrizmanı transfer etmək istəyir

  Bölmə: Xarici futbol | 237 | 16:59 17-05-2019
"Barselona" Antuan Qrizmanı transfer etmək istəyir

   İspaniyanın "Barselona” klubunun rəhbərliyi fransalı futbolçu Antuan Qrizmana beşillik müqavilə təklif edib. Kataloniya klubu 28 yaşlı fransalı hücumçuya ilinə 17 milyon avro ödəməyə hazırdır. "Atletiko Madrid” klubu Qrizmanın klubdan ayrılacağını rəsmi olaraq elan edib. "Barselona”nın prezidenti Xosep Bartomeu, Qrizmanla müqavilə anlaşmasını bazar ertəsindən öncə bitirməyi planlaşdırır. Qeyd edək ki, Qrizman cari mövsümdə "Atletiko Madrid” klubunun heyətində keçirdiyi 47 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə edib. O, Madrid klubunda 2018-ci ildə Avropa Liqası və UEFA Super Kuboku, 2014-cü ildə İspaniya Super Kubokunu qazanıb. Fransalı hücumçu 2016-cı ildə öz ölkəsində ilin ən yaxşı futbolçusu seçilib.


Digər xəbərlər