Ayxan Abbasov: "Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi"

  Bölmə: Ölkə futbolu | 950 | 03:34 20-05-2019
Ayxan Abbasov: "Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi"

   Finalın mahiyyətini dərk edirdik. Həftəboyu çalışdım futbolçularımız soyuqqanlı olsunlar. Təəssüf ki, ilk 15 dəqiqədə həyəcanlı idik. Qol buraxdıqdan sonra toparlanmağa çalışdıq. Nələrəsə nail olmaq istəyirdik. “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi. Avrokuboklara getmək üçün daha çox iş görmək lazımdı. Yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəm və hər şeyə aydınlıq gələcək. OLİMPSPORT xəbər verir ki, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun finalında məğlubiyyətdən (1:0) sonra təşkil olunmuş mətbuat konfransında deyib. Baş məşqçi bildirib: “Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi. Final həyəcanı ən adlı-sanlı klublarda olur. Təəssüf ki, bacarmadıq. Final tək oyundur. “Qəbələ” də kuboku qazanmaq istəyirdi, biz də. Desəm ki, layiq deyildilər, ədalətsizlik olar”.


Digər xəbərlər