MOK "Caspiantech" lə tərəfdaşlıq müqaviləsi imzalayıb

  Bölmə: Olimpiya Növləri | 288 | 23:42 21-05-2019
MOK  "Caspiantech" lə tərəfdaşlıq müqaviləsi imzalayıb

    Mayın 21-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə “Caspiantech” QSC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və “Caspiantech” QSC-nin baş direktoru Vüsal Məmmədov imzalayıblar. Müqavilə tərəflər arasında informasiya dəstəyi və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığı əhatə edir. Tərəfdaşlıq əsasında MOK növbəti Olimpiya Oyunlarında Azərbaycan millisinin təbliğini “Caspiantech” QSC-nin dəstəyi ilə həyata keçirəcək. “Caspiantech” QSC isə ölkəmizin milli Olimpiya komandasının tərəfdaşı qismində çıxış etmək hüququ qazanır. İmzalanma mərasimində çıxış edən Çingiz Hüseynzadə bildirib: “Caspiantech” QSC-nin Azərbaycan millisinə təşkilati işlərdə dəstək göstərməsi təqdirəlayiqdir. QSC-nin qarşıdan gələn Olimpiya Oyunlarında Azərbaycan komandası ilə birgə əməkdaşlığı çox xoşdur. Əminəm ki, bu əməkdaşlıq məhsuldar olacaq”. Vüsal Məmmədov isə MOK ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasından məmnunluğunu bildirərək qeyd edib: “Olimpiya hərəkatının və idmanın ölkəmizdə təbliği çox vacibdir. Biz bu işdə MOK-a dəstək olmağa hazırıq. “Caspiantech” olaraq milli Olimpiya komandasına öz töhfəmizi verə biləcəyimiz üçün çox şadıq”.


Digər xəbərlər