Qadın güləşçilərimiz İtaliyaya yola düşür

  Bölmə: Güləş | 1231 | 13:14 22-05-2019
Qadın güləşçilərimiz İtaliyaya yola düşür

   Mayın 23-dən 25-dək İtaliyanın Sassari şəhərində güləş üzrə Matteo Pellikone Memorialı keçiriləcək. Turnirdə ölkəmizi qadın güləşçilərimiz təmsil edəcək. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında son Avropa çempionatının medalçıları - Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova (hamısı 62 kq) İtaliyada da uğur qazanmağa çalışacaq. Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.


Digər xəbərlər