"Bu cür gözəl fürsəti əldən verə bilməzdim”-Dino Ndlovu

  Bölmə: Ölkə futbolu | 949 | 16:50 15-08-2016
"Bu cür gözəl fürsəti əldən verə bilməzdim”-Dino Ndlovu
“Karyeramda yeni bir cığır açmışam. Türkiyə klublarına getmək imkanım var idi. Amma Avropa Liqasında oynamaq istəyirdim. Buna görə də “Qarabağ”ı seçdim".
 
Olimpsport.az saytının məlumatına görə bu sözlər "Qarabağ"ın yeni transferi Dino Ndlovuya məxsusdur. O, Cənubi Afrikanın "Sunday World" nəşrinə açıqlamsında "Qarabağ"ı nümunəvi klub adlandırıb: “Qarabağ” çempionluq uğrunda mübarizə aparan klubdur. Şəraitlərinə söz ola bilməz. Bu, digər klublar üçün nümunədir. “Qarabağ”ın yeni layihələri ilə tanış oldum və özümü bu klubda sınamaq qərarına gəldim. Bu cür gözəl fürsəti əldən verə bilməzdim”. Hücumçu komandada yeganə Afrika qitəsindən olan yeganə futbolçu olduğunu vurğulayıb: “Komandada yeganə Cənubi Afrikalı futbolçu mənəm. Afrika qitəsindən başqa futbolçu da yoxdur. Özümü subut etməliyəm. Bizim ölkəmizdə istedadlı futbolçular çoxdur”.
 
 

Digər xəbərlər