Maradona Buenos-Ayres hava limanında həbs edilib

  Bölmə: Maqazin | 286 | 23:13 22-05-2019
Maradona Buenos-Ayres hava limanında həbs edilib

   Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona Buenos-Ayres hava limanında həbs edilib. OLİMPSPORT  Redaktor.az RT-yə istinadən xəbər verir ki, 58 yaşlı Maradona keçmiş sevgilisinə 5 milyon dollar borcu səbəbindən saxlanılıb. Hadisə keçmiş futbol ulduzunun Meksikadan geri qayıtdığı gün baş verib. Qeyd edək ki, bundan bir müddət əvvəl Maradona Venesuela prezidenti Nikolas Maduroya dəstək verdiyinə görə Meksika Futbol Federasiyası tərəfindən cəzalandırılmışdı.


Digər xəbərlər