Konte "İnter" lə ilkin razılığıa gəlib

  Bölmə: Xarici futbol | 1210 | 23:58 22-05-2019
Konte "İnter" lə ilkin razılığıa gəlib

  Antonio Konte İnter-in yeni baş məşqçisi olacaq. Bu barədə məşhur italiyalı jurnalist Tankredi Palmeri məlumat yayıb. Onun məlumatına görə, 49 yaşlı mütəxəssis "neradzurri" ilə ilkin müqavilə imzalayıb. Sənədə əsasən Kontenin illik əmək haqqısı 10 milyon avro təşkil edəcək. Müddəti hələ məlum olmayan rəsmi müqavilə isə mayın 28-də imzalanacaq. Kontenin son klubu Chelsea olub. Məşqçi "Stemford Bric"ə 2016-cı ilin yayında gəlib. Birinci il komanda ilə İngiltərə çempionu olub. Lakin növbəti il mütəxəssis işdən çıxarılıb. İnter 66 xal il turnir cədvəlində dördüncü pilləni tutub.

Goal.az


Digər xəbərlər