Yunan-Roma güləşi üzrə millimiz də Göygöldə təlim-məşq toplanışındadır

  Bölmə: Güləş | 1104 | 18:10 23-05-2019
Yunan-Roma güləşi üzrə millimiz də Göygöldə təlim-məşq toplanışındadır

   Yunan-Roma güləşi üzrə yığmamız mayın 20-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. İyunun 1-dək davam edəcək TMT iyunda Belarusda keçiriləcək II Avropa Oyunlarına və sentyabrda Qazaxıstanda təşkil olunacaq lisenziya xarakterli dünya çempionatına hazırlıq xarakteri daşıyır. Millimiz baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında gündə 3 dəfə fiziki və taktiki-texniki hazırlıq üzərində çalışır. Toplanışda 20-dən artıq güləşçi iştirak edir.


Digər xəbərlər