Azərbaycan komandası Avropa çempionu olub

  Bölmə: Olimpiya Növləri | 320 | 03:58 28-05-2019
Azərbaycan komandası Avropa çempionu olub

   Azərbaycan komandası aero-dans proqramında fəxri kürsünün ən yüksək pilləsində yer aldı. Beləliklə, komandamız yarışı Avropa çempionu kimi başa vurdu. Azərbaycan gimnastları hakimlərdən ən yüksək -17.800 xal aldılar. Rusiya 17.750 xalla gümüş medala layiq görüldü. Rumıniya 17.400 xalla üçüncü yerdə qərarlaşdı. Xatırladaq ki, Avropa çempionatında 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə apardı.


Digər xəbərlər