Aerobika gimnastikası üzrə XI Avropa çempionatı başa çatıb-STATİSTİKA

  Bölmə: Olimpiya Növləri | 214 | 04:04 28-05-2019
Aerobika gimnastikası üzrə XI Avropa çempionatı başa çatıb-STATİSTİKA

  Mayın 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə XI Avropa çempionatı keçirildi. Yarışlarda dünyanın 22 ölkəsindən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə apardılar. Azərbaycanı IX Avropa çempionatında 17 gimnastımız -Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil etdi. Gimnastikanın müxtəlif növləri üzrə bir çox irimiqyaslı yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə öz qapılarını Avropanın dinamik və enerjili gimnastika növünün təmsilçilərinə açdı. 3 gün davam edən qitə birinciliyində aerobika gimnastları medallar uğrunda mübarizə apardılar. Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında ən güclüləri müəyyənləşdirdilər. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də qüvvəsini sınadı. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən edildi. Mayın 24-də Bakıda aerobika üzrə XI Avropa çempionatının təntənəli aşılış mərasimi keçirildi Əvvəlcə səhnəyə iştirakçı ölkələrin bayraqları gətirildi. Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov Avropa çempionatını giriş sözü ilə açaraq dedi: "Xanımlar və cənablar! Avropa Gimnastika İttifaqının adından hamınızı salamlayıram. Bu gün Bakıda ilk dəfədir ki, aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir. Təxminən bir həftə əvvəl Bakı bədii gimnastika üzrə XXXV Avropa çempionatına uğurla ev sahibliyi etdi. Həmişə olduğu kimi aerobika üzrə Avropa çempionatında da təşkilatçılıq işləri yüksək səviyyədədir. Bunun üçün Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban xanım Əliyevaya, Təşkilat Komitəsinin bütün üzvlərinə, könüllülərə, gimnastika azarkeşlərinə öz minnətdarlığımızı bildiririk”. Fərid Qayıbov yarışları açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndi. Avropa çempionatının ilk iki günündə təsnifat, son yarış günündə isə final yarışları keçirildi. Mayın 25-də Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı və gərgin idman mübarizəsi ilə yadda qaldı. Həmin gündə böyük gimnastlar mübarizəyə qoşuldular. Avropa çempionatında fərdi qadın proqramı üzrə təsnifat yarışlarında hakimlərdən 21,300 xal alan Rusiya idmançısı Yekaterina Pixatova birinci oldu. Türkiyəli Begüm Ayşe Onbaşı təsnifat mərhələsini ikinci, digər rusiyalı idmançı Tatyana Konakova üçüncü pillədə başa vurdu. İlk üçlükdən əlavə, Bolqarıstan gimnastları Darina Paşova, Ana-Mariya Stoilova, ispaniyalı Belen Quillemot Esterleç, Portuqaliya təmsilçisi Sara Silva və rumıniyalı Sandra Kristina Dinca da finalda yarışmaq imkanə əldə etdilər. Azərbaycanlı gimnastlar Xoşqədəm Quliyeva 25-ci, Nərminə Hüseynova isə 31-ci pillədə qərar tutdular. Turnirdə üçlüklərin təsnifat yarışında Macarıstan komandası fərqləndi. Macarıstanlı gimnastların çıxışları hakimlər tərəfindən 22,361 xalla qiymətləndirildi. İlk üçlüyü Rusiyanın və Rumıniyanın ikinci komandaları tamamladılar. İlk üç pillədə qərarlaşan komandalarla yanaşı, finalda Rusiya, Rumıniya, Türkiyə, İtaliya-2 və Finlandiya-2 kollektivləri medallar uğrunda mübarizə apardılar. Avropa çempionatında fərdi kişi proqramı üzrə yarışlarda Rusiya idmançıları fərqləndilər. Hakimlərdən 21,950 xal alan Roman Semenov birinci oldu. Onun komanda yoldaşı Timur Kulaev da 21,500 xalla ikinci pillədə yer aldı. Bolqarıstanlı Antonio Papazov 21,350 xalla ilk üçlüyü tamamladı. Azərbaycan gimnastları Vladimir Dolmatov 9-cu, Elçin Məmmədov isə 18-ci yerdə qərarlaşdılar. Qarışıq cütlüklərin yarışlarında Macarıstan-2 komandası (22,050 xal) bütün rəqiblərini qabaqladı. Rusiya-2 kollektivi (21,950 xal) yarışı ikinci, Rumıniya-2 komandası isə (21,650 xal) üçüncü pillədə başa vurdu. Azərbaycan komandası 17-ci pillədə yer aldı. Qrupların təsnifat yarışında Bolqarıstan (22,066 xal) bütün rəqiblərini qabaqladı. Rusiya (22 xal) ikinci, Rumıniya (21,983 xal) üçüncü oldu. Azərbaycan komandası 19,555 xalla yeddinci yeri tutaraq finala yüksəldi. Böyüklərin komanda hesabında mükafatlandırma mərasimində Rusiya birinci, Rumıniya ikinci, Macarıstan isə üçüncü pillədə qərar tutdu. Yarışların son günündə final yarışları keçirildi. Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında medallar uğrunda mübarizə apardılar. Rusiya gimnastı Anton Kolobov gənc gimnastların fərdi kişi proqramında qızıl medala sahib çıxdı. İdmançı hakimlərdən 21.100 xal aldı. Yarışda ikinci yeri ispaniyalı Migel Mane Qabarro (20.900 xal) əldə etdi. Bürünc medalı isə rumıniyalı gimnast Daniel Tavokun (20.550 xal) qazandı. Gənclər arasında fərdi qadın proqramında yarışların qalibi adına Rusiya təmsilçisi Anastasiya Dmitriyeva (20.700 xal) layiq görüldü. İkinci yeri digər Rusiya gimnastı Darya Tixonova (20,550 xal) tutdu. Ukraynalı gimnast Anastasiya Kuraşvili (20.550 xal) 3-cü oldu. 11-ci Avropa çempionatının gənclər arasında aero dans proqramında birinci yerə rusiyalı gimnastlar ((17,700 xal) layiq görüldü. Gümüş medalı Rumıniya gimnastları (17,350 xal), bürünc medalı isə Macarıstan idmançılar (17,200 xal) qazandılar. Azərbaycanın gənclərdən ibarət komandası (Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova) 16,225 xalla 7-ci pillədə qərarlaşdılar. Gənclər arasında qrup proqramında qalib adını yenə də Rusiya komandası (20,050 xal) qazandı. İkinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq İtaliya (10,600 xal) və Macarıstan (19,600 xal) komandaları oldu. Gənclər arasında qarışıq cütlük proqramında isə birincilik İtaliyanın qarışıq cütlüyünə ((Andrea Kolnaqo və Eliza Marras, 20.050 xal) qismət oldu. İkinci yerdə - Rusiya təmsilçiləri (Damir Manafov və Kseniya Stefu, 20.050 xal), üçüncü yerdə - Rumıniya cütlüyü (Darius Avqustin Branda və Andrea-Selena Sotanqa, 19.900 xal) qərarlaşdı. Yarışların son günündə gənclər arasında üçlük, qrup və aero dans proqramlarında mükafatlandırma mərasimi keçirildi. Üçlük proqramında birinci yerin sahibi Rusiya gimnastları (ikinci komanda) oldular. Rumıniya idmançıları ikinci, Rusiya təmsilçiləri (birinci komanda) üçüncü yeri tutdular. Qruplar arasında birinci yerə rusiyalı gimanstlar yüksəldi. İkinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq İtaliya və Macarıstan idmançıları tutdular. Aero dans proqramında qızıl medala Rusiya gimnastları layiq görüldülər. Gümüş medala Rumıniya gimnastları, bürünc medala isə Macarıstan təmsilçiləri sahib çıxdılar. Rusiya komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının aero step proqramında ən yaxşı nəticəni göstərdi. Rusiyalı gimnastlar hakimlərdən ən yüksək xal (17.700 xal) alaraq qızıl medala layiq görüldülər. İkinci yerə Ukrayna təmsilçiləri (16.400 xal) çıxdılar. Qeyd edək ki, bu proqramda yalnız iki komdanda təmsil olunub. Böyüklər arasında fərdi qadın və kişi proqramında, elə də qarışıq cütlüklərin yarışlarında qaliblər müəyyənləşdi. Kişi gimnastların fərdi yarışlarında qızıl medalı rusiyalı gimnast Roman Semyonov (22.150 xal) qazandı. Gümüş və bürünc medalları müvafiq olaraq aralarında rusiyalı Timur Kulayev (21,650 xal) və bolqariyalı Antonio Papazov (21,300 xal) bölüşdürdülər. Fərdi qadın proqramında Rusiya təmsilçisi Yekaterina Pıxtova fərqləndi. Hakimlərdən 21,350 xal alan gimnast fəxri kürsünün birinci pilləsində qərar tutdu. Onun ardınca eyni nəticəni həmyerlisi Tatyana Konakova göstərdi. Bürünc müdalı isə boynundan bolqar təmsilçisi Darina Paşova (21,200 xal) tutdu. Böyüklər arasında qarışıq cütlüklər proqramında çıxış edənlər arasında mükafatalayiq yerləri müvafiq olaraq Macarıstan (22.300 xal), Türkiyə idmançılar (21,900 xal) və Rumıniya (21,750 xal) cütlüyü tutdu. Böyüklər arasında üçlük, qrup və aero-dans proqramında qaliblər də yarışların son günündə müəyyənləşdi. Üçlüklərin yarışlarında da birinciliyi Macarıstan (22.441 xal) qazandı. İkinci yerə Rusiya (22.366 xal) layiq görüldü. Üçüncü yerdə Rumıniya (22.133 xal) qərarlaşdı. Qrup proqramında Rumıniya (22.233 xal) qızıl medal aldı. Bolqariya (22.111 xal) gümüş, Rusiya (22.100 xal) bürünc medala sahib çıxdı. Azərbaycan komandası aero-dans proqramında fəxri kürsünün ən yüksək pilləsində yer aldı. Azərbaycan gimnastları hakimlərdən ən yüksək -17.800 xal aldılar. Rusiya 17.750 xalla gümüş medala layiq görüldü. Rumıniya 17.400 xalla üçüncü yerdə qərarlaşdı. Səadət Hakıyeva


Digər xəbərlər