Azərbaycan - Macarıstan matçının hakimləri məlum olub

  Bölmə: Xarici futbol | 148 | 22:52 05-06-2019
Azərbaycan - Macarıstan matçının hakimləri məlum olub

  Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək “Avro-2020”nin seçmə oyunu üçün hakim təyinatı açıqlanıb. İyunun 8-də keçiriləcək matçın idarə olunması hollandiyalı hakimlər briqadasına tapşırılıb. Kevin Blum baş hakim, Bas van Dongen və Johan Balder yan xətt hakimləri, Sərdar Gözübüyük isə dördüncü hakim təyin olunub. Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.


Digər xəbərlər