Hollandiya İngiltərə millisini məğlub edib finala yüksəldi

  Bölmə: Xarici futbol | 125 | 09:33 07-06-2019
Hollandiya İngiltərə millisini məğlub edib finala yüksəldi

   Hollandiyada UEFA Millətlər Liqasının final mərhələsinin ikinci yarımfinal qarşılaşması keçirilib. OLİMPSPORT xəbər verir ki, “Afonso Henriquea” stadionunda keçirilən oyunda Hollandiya millisi və İngiltərə yığmaları qarşılaşıblar. Oyun Hollandiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Matthijs de Ligt və Quincy Promes fərqləniblər. Qonaqların heyətində yeganə qolu isə Markus Recford 11 metrlik cərimə zərbəsindən sonra vurub. Qeyd edək ki, turnirin və üçüncü yerin qalibi iyunun 9-da müəyyənləşəcək. Xatırladaq ki, Azərbaycan yığması Millətlər Liqasının D liqasının üçüncü qrupunda mübarizə aparıb və millimiz qrupda ikinci olub.


Digər xəbərlər