Buffon Paris karyerasını da başa vurub

  Bölmə: Xarici futbol | 1084 | 13:52 07-06-2019
Buffon Paris karyerasını da başa vurub

    Fransanın "Paris Sen-Jermen” klubu italiyalı qapıçı Canluici Buffonun komandadan ayrıldığını açıqlayıb. Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. Qeyd edək ki, italiyalı qapıçı 2017-ci ildə İtaliyanın "Yuventus" klubundan "Paris Sen-Jermen”ə transfer edilib. O, cari mövsümdə 25 oyun keçirib. C.Buffon, həmçinin "Paris Sen-Jermen”nin heyətində Fransa çempionu olub. Daha əvvəl verilən məlumatlarda "Paris Sen-Jermen” klubunun Canluici Buffonla müqavilənin müddətini uzadacağı bildirilirdi.


Digər xəbərlər