Afrika Futbol Konfederasiyasının prezidenti həbs edilib

  Bölmə: Maqazin | 83 | 14:01 07-06-2019
Afrika Futbol Konfederasiyasının prezidenti həbs edilib

   Əhməd Əhməd Parisə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının konqresində iştirak etmək üçün gəlib. Konqresin gedişində iyunun 5-də prezident vəzifəsinə isveçrəli Janni İnfantino seçilib. Madaqaskarlı 59 yaşlı Əhməd Əhməd Fransanın korrupsiyaya, həmçinin maliyyə və vergi ilə bağlı hüquq pozuntularına qarşı mübarizə üzrə mərkəzi bürosunun nümayəndələri tərəfindən istintaq edilib. Əhməd Əhmədin həbs edilməsi Almaniyanın “Puma” geyim şirkəti ilə CAF arasında sponsor kontraktının CAF-ın təşəbbüsü ilə birtərəfli qaydada pozulması ilə bağlıdır. CAF-ın keçmiş baş katibi Əmra Fəhminin sözlərinə görə, Konfederasiya bu addımı Fransanın “Technical Steel” şirkəti ilə saziş bağlamaq xatirinə atıb, çünki “Technical Steel” şirkətinin rəhbərlərindən biri Əhmədin yaxın tanışı imiş. Sonradan Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası öz bəyanatında qeyd edib ki, Federasiyanın Əhmədlə bağlı güman edilən hadisələrdən xəbəri var, lakin bu təhqiqatın təfərrüatı barədə məlumatı yoxdur. FIFA Fransanın hakimiyyət orqanlarından xahiş edib ki, təhqiqata aidiyyəti ola biləcək hər hansı informasiya ona da təqdim edilsin. Əhməd 2017-ci ildə CAF-ın yeddinci prezidenti olub. Bu vəzifədə o, kamerunlu İssa Hayatunu əvəz edib.

AZƏRTAC


Digər xəbərlər