İki güləşçimiz Avropa birinciliyinin qalibi olub-YENİLƏNİR

  Bölmə: Güləş | 1052 | 21:27 07-06-2019
İki güləşçimiz Avropa birinciliyinin qalibi olub-YENİLƏNİR

   Turan Bayramov və Abubakar Abubakarov Avropa birinciliyinin qalibi olub-YENİLƏNİR

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Bu gün 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verib. Azər Əhmədov ilk görüşdə alman rəqibinə uduzub. Turan Bayramov 1/8 finalda güclü rəqiblə üz-üzə gəlib. Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionumuz Gürcüstan idmançısına minimal fərqlə qalib gəlib. Pəhləvanımız daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda Moldova güləşçisinin də öhdəsindən gələrək finala vəsiqə qazanıb. Elmar Kazımov ilk qarşılaşmada Moldova təmsilçisinə yenilib. Abubakr Abakarov qitə birinciliyinə inamlı start verib. Təmsilçimizə Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib. Yığmamızın üzvü Litva idmançısını da vaxtından əvvəl məyus edərək adını yarımfinala yazdırıb. Bu mərhələdə eston rəqibinə də göz açmağa imkan verməyərək vaxtından əvvəl qələbə qazanıb və finala yüksələn ikinci sərbəst güləşçimiz olub. Sənan Əlizadə debütdə uğursuzluqla üzləşib. Ukraynalı güləşçi sonuncu xal prinsipinə əsasən növbəti mərhələyə yüksələn tərəf olub. Qeyd edək ki, final görüşləri iyunun 8-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

57 kq

1/8 final - Azər Əhmədov - Niklas Steşele (GER) 9:12

65 kq

1/8 final - Turan Bayramov - Amiran Vaxtanqaşvili (GEO) 2:1

1/4 final - Turan Bayramov - Marvane Əhməd Yezza (FRA) 3:1

1/2 final - Turan Bayramov - Nikolay Qrahmez (MDA) 3:1

FİNAL - Turan Bayramov - Müslim Səidulayev (RUS) *1:1

70 kq

1/8 final - Elmar Kazımov - Vasile Diakon (MDA) 4:9

79 kq

1/8 final - Abubakr Abakarov - İlya Xamtsov (BLR) 10:0

1/4 final - Abubakr Abakarov - Dominikas Viliusis (LTU) 11:0

1/2 final - Abubakr Abakarov - Erik Reinbok (EST) 10:0

FİNAL - Abubakr Abakarov - Amxad Taşukadziyev (RUS) 3:1

97 kq

Təsnifat - Sənan Əlizadə - Danilo Stasiuk (UKR) 1:1*


Digər xəbərlər