Nikola Yurçeviç: "Müdafiədə oturmayacağıq"

  Bölmə: Ölkə futbolu | 1256 | 00:10 08-06-2019
Nikola Yurçeviç: "Müdafiədə oturmayacağıq"

    “Sabahkı oyunda hər şey mümkündür. Erkən qol da buraxa bilərik, hesabda irəli də çıxa bilərik. Hər şey özümüzdən asılıdır. Amma neqativ düşünmək istəmirəm. Qapımızda ilk qolu görsək, çalışacağıq ki, əvəzini çıxaq. Macarıstan millisi ilə görüşdə yaxşı çıxış etmək istəyirik”. OLİMPSPORT  xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç “Avro-2020” seçmə mərhələsi çərçivəsində Macarıstanla matçdan öncə təşkil olunan mətbuat konfransında səsləndirib. Baş məşqçi deyib: “Biz başa düşürük ki, çətin oyun olacaq. Xorvatiya ilə ilk matçdan razı qaldım. Yaxşı mübarizə apardıq. İndi isə doğma meydanda, azarkeşlərimiz önündə oynayırıq. Hücuma can atacağıq. Komandamın çoxlu qol epizodları yaratmasını istəyirəm”. Yurçeviç Macarıstanla matçda hələlik start heyəti ilə bağlı son qərarını verməyib. “Müdafiədə oturmayacağıq. Rəqiblə müqayisədə daha çox hücumda çıxış etmək istəyirik. Çox şadam ki, zədəli futbolçumuz yoxdur. Dünən Riçard Almeydanın kiçik problemi var idi. Ancaq hazırda vəziyyəti yaxşıdır”, - deyə xorvatiyalı məşqçi əlavə edib. Qeyd edək ki, Azərbaycan-Macarıstan an oyunu iyunun 8-də saat 20:00-da başlayacaq. Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. İyunun 11-də isə millimiz Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş “Bakcell Arena”da keçiriləcək.


Digər xəbərlər