M.Özil karyerasını Türkiyədə davam etdirməyə yaxınlaşır? Ərdoğan xanımı ilə toyda şahid oldular

  Bölmə: Maqazin | 1162 | 09:25 08-06-2019
M.Özil karyerasını Türkiyədə davam etdirməyə yaxınlaşır? Ərdoğan xanımı ilə toyda şahid oldular

   Ötən gün İngiltərənin "Arsenal" klubunun Almaniya vətəndaşı olan türk futbolçusu Məsut Özilin Əminə Gülşe ilə toyu olub. Futbolçunun toyunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan da iştirak ediblər. T.Ərdoğan və xanımı toyda nikah şahidi qismində də çıxış ediblər. Futbolçunun toyunda ürək sözlərini söyləyən Türkiyə lideri cütlüyə xoşbəstlik arzu edib və nikahı təsdiq edən sənədi Ə.Gülşeyə təqdim edib. Toy mərasimi İstanbulda ailə üzvlərinin və dostların iştirakı ilə keçirilib. Xatırladaq ki, ötən il Dünya Çempionatından öncə M.Özil Londonda işgüzar səfərdə olan Türkiyə prezidenti ilə görüşmüşdü. Görüşdən sonra türk futbolçu Almaniya azarkeşləri, KİV və siyasətçiləri tərəfindən qınaq oyektinə çevrilmişdi. M.Özil isə öz növbəsində ötən il 22 iyul tarixində Almaniya millisində karyerasını başa vurmuşdu və bildirmişdi ki, buna səbəb azarkeşlər və siyasətçilər tərəfindən ona qarşı irqçilik sərgilənməsi olub. Futbolçu hesab edir ki, onlar siyasi təbliğat məqsədi ilə onun türk olmasından istifadə edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbolçunun qərarını dəstəkləyərək bildirmişdi ki, onun bu qərarı millətin və vətənin maraqlarına tam cavab verir. 

Qeyd edək ki, gəzən şayiələrə görə Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər. Onun keçən ay Bakıda keçirilən Avropa Liqasının finalında "Çelsi" ilə matçda əvəzlənərkən "Arsenal" azarkeşləri tərəfindən fitə basılması bu şayiələrin həqiqətə biraz da yaxınalaşdığına gətirib çıxara bilər. Final günü daha bir cəlbedici olay isə fənərbaxçalı bir azarkeşin Özili "Fənərbaxça" ya dəvət etmək şüarı oldu. Eyni zamanda Almaniya millisindən imtina edən Özilin toy mərasiminin İstanbulda olması və prezident R.T.Ərdoğanla yaxın münasibət də deyilənlərin tezliklə həqiqətə çevriləcəyinə bir təkan ola bilər . 


Digər xəbərlər