Güləş yığmamız Avropa üçüncüsü oldu

  Bölmə: Güləş | 750 | 23:08 09-06-2019
Güləş yığmamız Avropa üçüncüsü oldu

     İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatına yekun vurulub. Sərbəst güləş üzrə yığmamız komanda hesabında 3-cü yeri tutub. 115 xal toplayan millimizi ikinci yerdəki Moldovadan cəmi 1 xal ayırıb. Rusiya isə 205 xalla Avropa çempionu olub. Xatırladaq ki, komandamızın heyətində Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş, İslam Abuyev (125 kq) isə bürünc medal qazanıb.


Digər xəbərlər