Ukraynanın U-20 futbol yığması dünya çempionu olub

  Bölmə: Xarici futbol | 730 | 05:59 16-06-2019
Ukraynanın U-20 futbol yığması dünya çempionu olub

  Ukraynanın futbol üzrə U-20 yığması tarixində ilk dəfə olaraq dünya çempionu olub. 20 yaşlılardan ibarət Ukrayna yığması dünya çempionatının final oyununda Cənubi Koreya üzərində 3:1 hesabla qalib gəlib. Ukraynalılar oyunun 5-ci dəqiqəsində qol buraxsalar da, sonradan üstünlüyü əldə ediblər. Bu vaxta qədər U-20 Ukrayna yığması dünya çempionatında yalnız 8/1 final mərhələsinə qədər yüksələ biliblər.


Digər xəbərlər