İkinci Avropa Oyunlarında bu boksçular ölkəmizi təmsil edəcək-SİYAHI

  Bölmə: Olimpiya Növləri | 1091 | 21:35 17-06-2019
İkinci Avropa Oyunlarında bu boksçular ölkəmizi təmsil edəcək-SİYAHI

  Azərbaycanı ikinci Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib. Azərbaycan Boks Federasiyasının verdiyi məlumata görə, komandamız iyunun 21-dən 30-dək keçiriləcək “Minsk-2019”da 11 idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında ölkəmizin idman şərəfini Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar. Qadın boksçuların mübarizəsində isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq. Boks yarışları Minskin “Uruçye” İdman Sarayında keçiriləcək. Qeyd edək ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığmamız iyunun 18-də Belarusa yola düşəcək.


Digər xəbərlər