Qurban Qurbanov rəqib haqqında ehtiyatlı danışdı

  Bölmə: Xarici futbol | 408 | 17:57 18-06-2019
Qurban Qurbanov rəqib haqqında ehtiyatlı danışdı

"Hər zamankı kimi ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər. Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq. Keçən mövsümki komanda ilə bu ilki komanda arasında çox fərq olacaq, həm məşqçi dəyişikliyi , həm də yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq". Bu açıqlamanı "Qarabağ " ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi Albaniyanın "Partizani" klubu bu gün müəyyən olunduqdan sonra verib.


Digər xəbərlər