Rafael Ağayev və Hacı Əliyev bundan sonra ictimai fəaliyyətlə məşğul olacaq

  Bölmə: Maqazin | 435 | 11:48 19-06-2019
Rafael Ağayev və Hacı Əliyev bundan sonra ictimai fəaliyyətlə məşğul olacaq

     Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycan həm də idman ölkəsi kimi tanınır. Dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı idmançılarımızın böyük uğurlar əldə etməsinə səbəb olub. Şübhəsiz, ölkəmizdə fəaliyyət göstərən idman təşkilatları, ictimai birliklər və digər müvafiq qurumlar da bu sahənin inkişafına öz töhfələrini verirlər. Əminik ki, yeni yaratdığımız “İdmançılar” İctimai Birliyi dövlət idman siyasətinin qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcək. OLİMPSPORT xəbər verir ki, bu sözləri AZƏRTAC-a “İdmançılar” İctimai Birliyinin prezidenti, karate üzrə beşqat dünya çempionu Rafael Ağayev deyib. O bildirib ki, İctimai Birliyin yaradılmasında əsas məqsəd idman sektorunda çalışan insanları, mütəxəssisləri, bu sahədə uğurlar əldə etmiş idmançıları bir araya toplamaqla qazanılmış nailiyyətləri paylaşmaq, idmanın ölkəmizdə daha da inkişaf etməsinə dəstək verməkdir. R.Ağayev, həmçinin İctimai Birlik vasitəsilə bu sahədə fəaliyyət göstərən təşkilatlarla əlaqələr yaradıb, Azərbaycanın idman siyasətinin daha da güclənməsinə öz töhfələrini vermək üçün səylə çalışacaqlarını qeyd edib.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə sərbəst güləş üzrə üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev Rafael Ağayevin müavini olacaq.


Digər xəbərlər