"Neftçi" ilk görüşünü "Zimbru" stadionunda keçirəcək

  Bölmə: Ölkə futbolu | 1433 | 17:51 19-06-2019
"Neftçi" ilk görüşünü "Zimbru" stadionunda keçirəcək

  “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində səfərdə Moldovanın “Speranta” komandası ilə qarşılaşacağı arena müəyyənləşib. Qarşılaşma iyulun 11-də Kişineudakı “Zimbru” stadionunda təşkil olunacaq. Nisporeni klubunun rəhbərliyi görüş üçün əvvəlcə Orgeyevdəki idman kompleksinə sifariş versə də ev oyunlarını bu arenada keçirən “Petrokub” komandasının ilk görüşü səfərdə oynamasına dair UEFA-nın qərarından sonra “Speranta” Bakı təmsilçisi ilə paytaxt stadionunda qarşılaşmağa qərar verib. Bu komandalar arasında cavab görüşü iyulun 18-də “Bakcell Arena”da oynanılacaq.


Digər xəbərlər