Ölkəmizi UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək klublarımızın rəqibləri məlum olub

  Bölmə: Ölkə futbolu | 1843 | 18:25 19-06-2019
Ölkəmizi UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək klublarımızın rəqibləri məlum olub

   Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Ölkəmizi bu mərhələdə təmsil edəcək "Neftçi” Moldovanın "Speranta" klubu ilə qarşılaşacaq. "Səbail" isə Rımıniya təmsilçisi "Universitatya Krayova" ilə üz-üzə gələcək. Avropa Liqası I təsnifat mərhələsi "Neftçi" (Azərbaycan) - "Speranta" (Moldova) "Səbail" (Azərbaycan) - "Universitatya Krayova" (Rumıniya) Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək. Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.


Digər xəbərlər