Güləş üzrə Avropa birinciliyinə sabah 5 sərbəst güləşçimiz qatılır

  Bölmə: Güləş | 976 | 22:21 20-06-2019
Güləş üzrə Avropa birinciliyinə sabah 5 sərbəst güləşçimiz qatılır

    İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.

48 kq Təsnifat - Ramik Heybətov - Vladislav Abramov (UKR)

55 kq 1/8 final - Zirəddin Bayramov - Yannis Padkoviç (BLR)

65 kq 1/8 final - Cəbrayıl Hacıyev - Fiorentso Priolo (İTA)

80 kq 1/8 final - Abdulcəlil Şabanov - Damian Daniel Korbus (POL)

110 kq Təsnifat - Hamlet Nəsibli - Oleq Tsaranok (BLR)


Digər xəbərlər