Birgül Soltanova Avropa üçüncüsü olub

  Bölmə: Güləş | 359 | 08:09 21-06-2019
Birgül Soltanova Avropa üçüncüsü olub

   İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Üçüncü yarış günündə 57 kiloqram çəki dərəcəsində çıxış edən Birgül Soltanova ukraynalı həmkarına qalib gəlməyə yaxın olub. Ancaq sona 10 saniyə qalmış hesabdakı üstünlüyü əldən verərək uduzub. Rəqib finala yüksəldiyi üçün B.Soltanova iyunun 20-də təsəlliverici görüşə vəsiqə qazanıb. Lakin Moldovadan olan rəqibi xalçaya çıxmadığı üçün təmsilçimiz 3-cü yer uğrunda güləşmək hüququ qazanıb. Həlledici qarşılaşmada Estoniya güləşçisinə şans verməyən B.Soltanova bürünc medalı əldə edib. Yarışa dörddəbir finaldan başlayan Zenfira Həşimova Belarus güləşçisinə rahat qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələnin görüşləri axşam seansında keçirilib. Ukraynalı rəqibinə müqavimət göstərə bilməyən Z.Həşimova iyunun 20-də bürünc medal uğrunda güləşib və Rusiya təmsilçisinə uduzaraq 5-ci yerlə kifayətlənib. Dördüncü yarış günündə daha 3 qız güləşçimiz mübarizəyə qoşulub. Lalə Mirzəyeva ilk mərhələdə polşalı rəqibinə qalib gəlib. Ancaq daha sonra Rumıniya idmançısına yenilib. Elnurə Məmmədova debütdə Almaniya güləşçisi ilə qarşılaşıb. Son saniyələrdə üstünlüyü əldən verən Elnurə Məmmədova minimal fərqlə uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün Elnurə Məmmədova iyunun 21-də təsəlliverici qarşılaşmaya çıxacaq. Mərziyə Sadıqova isə Fransa təmsilçisinə məğlub olub.


Digər xəbərlər