Elnurə Məmmədova Avropa üçüncüsü oldu

  Bölmə: Güləş | 288 | 21:48 21-06-2019
Elnurə Məmmədova Avropa üçüncüsü oldu

   İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Dördüncü yarış günündə daha 3 qız güləşçimiz mübarizəyə qoşulub. Lalə Mirzəyeva ilk mərhələdə polşalı rəqibinə qalib gəlib. Ancaq daha sonra Rumıniya idmançısına yenilib. Elnurə Məmmədova debütdə Almaniya güləşçisi ilə qarşılaşıb. Son saniyələrdə üstünlüyü əldən verən Elnurə minimal fərqlə uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün Məmmədova iyunun 21-də təsəlliverici qarşılaşmaya çıxıb. Danimarkalı rəqibinə ilk hissədə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Son qarşılaşmada Polşa idmançısıyla üz-üzə gələn həmyerlimiz qələbə qazanaraq Avropa üçüncüsü olub. Mərziyə Sadıqova ilk görüşdə Fransa təmsilçisinə məğlub olub.

46 kq Təsnifat - Lalə Mirzəyeva - Marta Qruşkieviç (POL) 4:2

1/4 final - Lalə Mirzəyeva - Georgiana Antuka (ROU) 3:12

53 kq 1/8 final - Elnurə Məmmədova - Amori Olivya Andriç (GER) 3:4

Təsəlliverici görüş - Elnurə Məmmədova - Mariya Villumsen (DEN) 12:0

Bürünc medal görüşü - Elnurə Məmmədova - Patrisiya Eva Strjelçik (POL) 3:0

61 kq1/8 final - Mərziyə Sadıqova - Çadia Ayaçi (FRA) 4:8


Digər xəbərlər