Qitə birinciliyində 2 güləşçimiz bu gün finalda yarışacaq

  Bölmə: Güləş | 1351 | 09:22 23-06-2019
Qitə birinciliyində 2 güləşçimiz bu gün finalda yarışacaq

   İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

  Altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən güləşçilər mübarizəyə qoşulub. İlk mərhələdə Rusiya güləşçisiylə qarşılaşan Murad Haqverdiyev əzmkar qələbəyə sevinib. 1/4 finalda Moldova təmsilçisini çətinlik çəkmədən üstələyən Haqverdiyev adını yarımfinala yazdırıb. Türkiyə güləşçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fəndi icra edən Murad finala vəsiqə qazanıb. Kənan Heybətov ilk mərhələdə Fransa təmsilçisinə aman verməyib. Həmyerlimiz daha sonra Türkiyə güləşçisinə vaxtından əvvəl qalib gəlib. Italiya təmsiçisi də Heybətov qarşısında duruş gətirməyib. Ancaq yarımfinalda ukraynalı rəqibinə bata bilməyib. Sabir Cəfərov debütdə Polşa idmançısı üzərində erkən qələbə qazanıb. Ardınca Belçika nümayəndəsini yolundan kənarlaşdıran yığma üzvü 1/4 finalda alman həmkarına da göz açmağa imkan verməyərək yarımfinala yüksəlib. Rumıniya güləşçisinə də rahat qalib gələn Cəfərov finalda güləşməyə haqq qazanıb. Məhəmmədəli Əliyev yarışa Polşa idmançısı üzərində inamlı qələbəylə başlayıb. Ancaq 1/8 finalda Rumıniyadan olan rəqibiylə bacarmayıb. Saqadulla Ağayev ilk mərhələdə mübarizəni dayandırıb. Ancaq rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyunun 23-də təsəlliverici görüşə çıxacaq. Qeyd edək ki, təsəlliverici və medal görüşləri iyunun 23-də keçiriləcək.

45 kq Təsnifat - Murad Haqverdiyev - Anjor Məcidov (RUS) 3:2

1/4 final - Murad Haqverdiyev - Pavel Kolesnik (MDA) 10:0

1/2 final - Murad Haqverdiyev - Tolqa Özbək (TUR) 7:6

FİNAL - Murad Haqverdiyev - Nikolozi Santeladze (GEO)

51 kq Təsnifat - Kənan Heybətov - Xamzat Arsamerjoyev (FRA) 4:1

1/8 final - Kənan Heybətov - Ahmet Yucel (TUR) 12:1

1/4 final - Kənan Heybətov - Danni Lubrano (İTA) 10:0

1/2 final - Kənan Heybətov - Mikita Abramov (UKR) 2:5

Bürünc medal görüşü - Kənan Heybətov - İlya Raxozov (BLR) / Aid Salihasi (MKD)

60 kq Təsnifat - Sabir Cəfərov - Tobias Neuşitzer (AUT) 12:0

1/8 final - Sabir Cəfərov - Ayup Musayev (BEL) 6:1

1/4 final - Sabir Cəfərov - Adrian Barnovki (GER) 10:0

1/2 final - Sabir Cəfərov - Aleksandru Matea (ROU) 8:1

FİNAL - Sabir Cəfərov - Genik Asaryan (ARM)

71 kq Təsnifat - Məhəmmədəli Əliyev - Kladiuş Şimon Pluçinski (POL) 12:1

1/8 final - Məhəmmədəli Əliyev - Kristian Biro (ROU) 0:8

92 kq Təsnifat - Saqadulla Ağayev - Lyova Gevorqyan (ARM)

Təsəlliverici görüş - Saqadulla Ağayev - Qkivi Bliatze (GRE)


Digər xəbərlər