Tovuz RİH-də qadın güləşçimizin Avropa mükafatının saxta ola biləcəyini düşündülər

  Bölmə: Maqazin | 1300 | 14:33 25-06-2019
Tovuz RİH-də qadın güləşçimizin Avropa mükafatının saxta ola biləcəyini düşündülər

   Bir neçə gün öncə İtaliyanın Faenza şəhərində başa çatan yeniyetmələr arasında güləş üzrə Avropa birinciliyində qadın güləşi üzrə 53-kq çəki dərəcəsində bürünc medal qazanan idmançımız Elnurə Məmmədova qələbəsini yaxınları ilə qeyd etmək məqsədilə doğma yurdu olan Tovuz rayonuna yollanıb. O, əvvəlcə qələbəsini bölüşmək məqsədilə atası Rizvan Məmmədovla Tovuz rayonunun icra hakimiyyətinin başçısı ilə görüşə yollanıb.

   Avropa mükafatçısının atası Rizvan Məmmədov "olimpsport.az" saytına açıqlamasında bildirib ki, onları icra hakimiyyətində çox laqeydcəsinə qarşılayıb, sevinc hisslərinə kədər qatıblar. İdmançının atası fikirlərini "olimpsport.az " la bölüşüb:  "Bizi icra nümayəndəsi Təranə adında xanım qarşıladı və qızımın Avropa birinciliyində qazandığı mükafatı əlinə götürüb şübhə ilə yanaşdı. O, bildirdi ki, bir dəfə bizə bu cür saxta mükafat gətiriblər. O bizə inanmayaraq bu haqda digər əməkdaşına müraciət edərək mükafatın doğru olub-olmadığını araşdırdı. Kiməsə zəng vurub, bilmirəm, hardasa 3-ə çıxıb deyərək diplomu atdı bir tərəfə. Biz də bildirdik ki, bu, bütün mətbuatda işıqlanıb. Yarışın protokolu var. Bu boyda Avropa mükafatı necə saxta ola bilər ki? Sonra icra nümayəndəsi olan bir cavan oğlan gəldi və diplomu əlinə alaraq diplomda Tovuz sözünün olmamasını irad bildirərək Tovuzun adından güləşmədiyini söylədi. Biz başa düşə bilmirik ki, İtaliyada Tovuz çağırırlar ya Azərbaycan çağırırlar? Mənim uşağım Azərbaycanı, millini təmsil edib.Tovuz da Azərbaycanın bir parçası deyilmi? Biz onlardan pul istəmirik, başqa nəsə istəmirik. Sadəcə diqqət olaraq icra başçısı ilə görüşmək istədiyimizi bildirdik. Daha sonra bildirdik ki, Tovuz kimi bölgədən çıxan qadın idmançımız gələn ay Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında da iştirak edib ölkəmizin adını ucaltmağa əsas namizəddir. Onlar bizə bildirdilər ki, başçının işi çoxdur, başqa vaxtı deyərik gələrsiniz. Biz də məlumat verdik ki, Elnurə iki günlük icazə alıb. O, iki gün sonra Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə təlim-məşq toplanışına qatılmalıdır. Çox sual-cavabdan, dil tökdükdən sonra sabahısı gün(bu gün nəzərdə tutulur) bizi Rəşad adında müavin çox soyuq şəkildə qarşıladı. Allahın təbrikini də edən olmadı".

Ardı var...


Digər xəbərlər