Boksçumuz "Minsk 2019" la vidalaşdı

  Bölmə: Olimpiya Növləri | 904 | 21:26 25-06-2019
Boksçumuz "Minsk 2019" la vidalaşdı

  “Minsk 2019” ikinci Avropa Oyunlarının boks yarışlarında dörddəbir finalda mübarizə aparan Rufət Hüseynov (49 kq) italiyalı Federiko Serra ilə qarşılaşıb. Görüşdə 0:5 hesabı ilə uduzan boksçumuz “Minsk 2019”da mübarizəni dayandırıb. Dəri əlcək ustası 1/8 finalda İsrail təmsilçisi David Alaverdiyanı 4:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.

Qeyd edək ki, ikinci Avropa Oyunlarının beşinci günündə Cavid Çələbiyev (60 kq) və Loren Alfonso Domingez (81 kq) də mübarizə aparıblar. Səkkizdəbir final mərhələsində rinqə çıxan hər iki boksçumuz dörddəbir finala yüksəliblər. Səkkizdəbir finalda Moldova təmsilçisi Dorin Buksanı 5:0 hesabı ilə məğlub edən C.Çələbiyevin dörddəbir finalda rəqibi Gürcüstan təmsilçisi Otar Eranosyan olacaq. L.Domingez isə eyni hesabla Belarus boksçusu Mixail Dauqaliavetsə qalib gələrək adını dörddəbir finala yazdırıb. O, dörddəbir finalda Belçika təmsilçisi Ziyad El Mohor ilə qarşılaşacaq. Hər iki boksçumuz növbəti görüşlərini iyunun 26-da keçirəcək.


Digər xəbərlər