"Minsk 2019": İki güləşçimiz yarım finala yüksəlib

  Bölmə: Güləş | 329 | 15:31 26-06-2019
"Minsk 2019": İki güləşçimiz yarım finala yüksəlib

   İyunun 26-da Azərbaycanın iki sərbəst güləşçisi ikinci Avropa Oyunlarında yarımfinala yüksəlib.

Azərbaycan yığmasının üç güləşçisi döşək üzərinə çıxıb. Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev 1/4 finalda Ermənistan idmançısı Valodya Franqulyanı 6:0, 1/4 finalda isə belaruslu Georgi Koliyevi 7:5 hesabları ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Onun finala gedən yolda rəqibi Ukrayna idmançısı Hor Ohanesyan olacaq.

Nurmaqomed Qadcıyev (97 kq) əvvəlcə Polşa güləşçisi Radoslav Barana 8:0, 1/4 finalda isə Gürcüstan təmsilçisi Elizbar Odikadze üzərində 7:3 hesablı qələbə qazanaraq yarımfinala adlayıb. İdmançımız bu mərhələdə Ukrayna güləşçisi Murazi Mçedlidze ilə qarşılaşacaq.

Qadınların yarışında mübarizəyə qoşulan İrina Netreba (68 kq) yarışa uğursuz başlayıb. O, 1/8 finalda isveçli Cenni Franssona məğlub olub.


Digər xəbərlər