Azərbaycan II Avropa Oyunlarında 14-cü medalını güləşdə qazanıb

  Bölmə: Güləş | 1045 | 22:03 26-06-2019
Azərbaycan II Avropa Oyunlarında 14-cü medalını güləşdə qazanıb

Azərbaycanın sərbəst güləşçisi Cəmaləddin Məhəmmədov Minskdə keçirilən ikinci Avropa Oyunlarında bürünc medal qazanıb.

125 kiloqram çəki dərəcəsində yer alan təcrübəli pəhləvanımız üçüncü yer uğrunda görüşdə rumıniyalı Rares Kintoana qalib gəlib - 12:2. Bununla da Azərbaycanın aktivindəki medalların sayı 14-ə çatıb. Onların 1-i qızıl, 4-ü gümüş, 9-u bürünc medaldır.


Digər xəbərlər