Mahir Əmiraslanov : "Firdovsi Umudovun üzərimdə çox böyük əməyi olub"

  Bölmə: Güləş | 661 | 22:08 26-06-2019
Mahir Əmiraslanov : "Firdovsi Umudovun üzərimdə çox böyük əməyi olub"

   Bu qələbəni hərbçilərimizə həsr edirəm. Bu yaxınlarda özüm də hərbçi olacağam. Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə - Namiq Əliyev, Firdovsi Umudova təşəkkürümü bildirirəm.

Bu fikri ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medal qazandıran sərbəst güləşçimiz Mahir Əmiraslanov jurnalistlərə açıqlamasında deyib.

“Firdovsi Umudovun üzərimdə çox böyük əməyi olub. Qələbəmdə əməyi olan hər bir kəsə təşəkkürümü bildirirəm. Azərbaycana ilk qızıl medal qazandırdığım üçün çox sevinirəm. İstəyirəm ki, bayrağımız daim yüksəklikdə dalğalansın. Çalışacağam ki, bundan sonra bayrağımızı ucaldım”, - deyə M.Əmiraslanov bildirib.


Digər xəbərlər