Saipulla Absaidov: "Ümumilikdə güləşçilərimizin çıxışından tam razıyam"

  Bölmə: Güləş | 194 | 16:44 28-06-2019
Saipulla Absaidov: "Ümumilikdə güləşçilərimizin çıxışından tam razıyam"

    Sərbəst güləşçilərimiz ikinci Avropa Oyunlarında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandılar. Bu nəticədən razı olmaya bilmərəm. Bu fikri jurnalistlərə açıqlamasında kişilərdən ibarət sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Saypulla Absaidov deyib.

Mütəxəssis əldə edilən nailiyyətin sentyabrın 14-22-də Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunacaq və Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq dünya çempionatına hazırlıq baxımından əhəmiyyətli olduğunu vurğulayaraq bildirib: “İkinci Avropa Oyunlarına həm də qarşıdakı mundial öncəsi yarış kimi yanaşırıq. Dünya çempionatına cəmi iki ay vaxt qalıb. Əsas hədəfimiz Tokio Olimpiadasıdır. Buradakı çəki dərəcələrinin hamısı Olimpiya çəki dərəcələridir. Bu çəki dərəcələrindən beşi üzrə medal qazandıq. Bundan tam razıyam. Fikrimcə, uşaqlar bütün çəki dərəcələrində lisenziya qazanmağa tam qadirdirlər. Ümumilikdə güləşçilərimizin çıxışlarından tam razıyam”.


Digər xəbərlər